Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya-Azərbaycan əlaqələrinin inkişafına, mədəniyyətin zənginləşdirilməsinə verdiyi töhfələrə , göstərdiyi yüksək xidmətlərə, yüksək vətəndaşlıq məsuliyyəti və nadir istedadına görə Kuzbasın “Şərəf” ordeni ilə təltif edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın rusiyadakı səfirliyindən məlumat verilib.
Səfir Kemerovo vilayətinin qubernatorunun qərarına əsasən mükafata layiq görülüb.
P.Bülbüloğlu Amangəldi Tulayevə təşəkkürünü bildirərək, 70-80-ci illərin sonlarında Kemerovo vilayətinə etdiyi səfərləri xatırlayıb ,bu vilayətin insanları çox mehriban və qonaqpərvər olduğunu söyləyib.
P.Bülbüloğlu Kuzbas şaxtaçılarının xatirəsinə həsr edilmiş abidənin önünə əklil qoyub, “Krasnaya Qorka” qoruq muzeyində, Kuzbas Dövlət Filarmoniyasında olub. Burda səfirə beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə, “ Zolotaya lira” ( Qızıl lira) fəxri nişanı təqdim edilib.
F.İsazadə