Cari ilin oktyabr ayında dahi filosof, mütəfəkkir vəşair Nizaminin anadan olmasının 875 illik yubileyinə həsr olunmuşRespublika konfransı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən məlumat verilib.
“Nizami və dünya mədəniyyəti” mövzusunda konfrans AMEANizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçiriləcək. Konfransda iştirak etmək istəyənlər məruzələrin tezislərini mayın 10-dək,qəbul edilmiş tezislərin tam mətnini sentyabrın 15-dək təqdim etməlidirlər.
A.Zeydullayeva