Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Azərbaycan ərazisində yay və qış vaxtlarına keçidin ləğv edilməsini təklif edir. Bu barədə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Martın 11-də AMEA Rəyasət Heyətində Azərbaycan ərazisində yay və qış vaxtlarına keçid məsələsinin müzakirəsinə həsr olunmuşiclas keçirilib.
Astrofizika, energetika, zoologiya, geofizika, coğrafiya, iqtisadiyyat, İKT və digər sahələrdə mütəxəssislərin iştirakı ilə keçirilən iclasda dünya ölkələrində mövcud praktikanın müqayisəli təhlili aparılıb.
Mütəxəssislər belə qənaətə gəliblər ki, Azərbaycan kiçik əraziyə malik və vahid saat qurşağında yerləşən ölkə olduğundan buradayay və qış vaxtlarına keçid o qədər də böyük əhəmiyyət daşımır.
Qeyd olunub ki, ölkədə yay və qış vaxtlarına keçid bir sıra tibbi və psixoloji, eləcə də sosial problemlərin, İKT sahəsində də müəyyən uyğunsuzluqların yaranmasına səbəb olur.
A.Zeydullayeva