28.03.2016 11:20

Akademik Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb

Tanınmış Azərbaycan yazıçısı, akademik Kamal AbdullanınRusiyanın məşhur “Хudоjеstvennaya literatura” nəşriyyatı tərəfindən çap edilən “Platon, deyəsən, xəstələnib...” (“Plаton, каjеtsya, zаbolel...”) hekayələr kitabı Rusiyada ədəbiyyat üzrə təqdim olunan ən yüksək mükafata - “Qızıl Delviq”ə layiq görülüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

Rusiyada geniş oxucu kütləsinin diqqətini çəkən bu kitab intellektual nəsrin inkişafına verdiyi töhfələrə görə dəyərləndirilib.

Martın 23-də müəllif Kamal Abdullaya təqdim olunan mükafat “Literaturnaya qazeta”nın ilk baş redaktoru, klassik rus şairi Anton Delviqin adını daşıyır.

“Müasir nəsr” nominasiyasında qalib olan Kamal Abdulla bununla Azərbaycan ədəbiyyatına ilk dəfə “Qızıl Delviq” mükafatını qazandırıb.

Qeyd edək ki, bu, akademik Kamal Abdullanın ikinci beynəlxalq mükafatıdır. 2015-ci ildə yazıçının İtaliyada nəşr olunan “Yarımçıq əlyazma” romanı bu ölkənin məşhur Skanno mükafatının ədəbiyyat üzrə xüsusi prizinə də layiq görülmüşdü.

A.Zeydullayeva


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.