Azərbaycan və Pakistanın elmi mərkəzləri arasında elm və təhsil sahəsində əməkdaşlığadair memorandum imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən (AMEA) məlumat verilib.
Sənədi AMEA-nın Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovvə PakistanınCOMSATS İnformasiya və Texnologiyalar İnstitutunun (CİİT) rektoru, professorJunaid Zaidiimzalayıblar.
Memoranduma əsasən, iki qurum arasında kadr mübadilələri, müştərək elmi-tədqiqat layihələri həyata keçiriləcək, birgə tədbirlər təşkil olunacaq.
A.Zeydullayeva