Avqustun ilk ongünlüyündə İran prezidenti Həhən Ruhani Azərbaycana səfər edəcək. Bu barədə ANS telekanalına “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Cavid Qurbanov məlumat verib.
İran prezidenti Həhən Ruhaninin Azərbaycana səfəri təxminən avqustun 8-10-u tarixlərinə gözlənilir. Səfər zamanı Rəşt-Astara dəmir yolunun tikintisinin maliyyəşdirilməsi ilə bağlı sənədin imzalanması mümkündür”, - deyə C.Qurbanov bildirib.
O qeyd edib ki, İran ekspertlərinin hesablamalarına görə, Rəşt-Astara dəmir yolunun tikintisi $900 mln. həcmində qiymətləndirilir.
“Hələlik biz həmin sənədlərin ekspertizasını keçirməmişik. Biz İran tərəfindən o sənədləri istəmişik. Sənədlər toplandıqdan sonra onlara həmMaliyyə, həm İqtisadiyyay, həm dəFövqəladə Hallar nazirliklərinin ekspertiza idarələri baxacaqlar. Sənədlər bərabər qiymətləndirildikdən sonra prezidentə məruzə ediləcək”, - deyə ADY-nin sədri vurğulayıb.
O qeyd edib ki, Azərbaycan prezident razılıq verdikdən sonra, H.Ruhaninin Bakıya səfəri zamanı müvafiq hökumətlərarası sənəd imzalana bilər.
Astara-Rəşt-Qəzvin dəmir yolu layihəsi Azərbaycanın Astara şəhəri ilə İranın Astara, Rəşt və Qəzvin şəhərlərinin dəmir yollarını birləşdirmək üçün İran ərazisində yeni dəmir yolu qolunun tikintisini nəzərdə tutur.
Azərbaycan, İran və Rusiya arasında 2005-ci ildə imzalanmış yol tikintisi haqqında saziş İran ərazisində 375 km uzunluğunda, Azərbaycan ərazisində isə Astara ilə Azərbaycan-İran sərhədi arasında dəmir yolu seqmentlərinin tikintisini, eləcə də Azərbaycan ərazisində mövcud olan dəmir yolunun yenidən qurulmasını nəzərdə tutur.
Layihənin dəyəri $200 mln. təşkil edir. **
R.Babayev