Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Kənd təsərrüfatı kooperasiyası haqqında” və “Elm haqqında” qanunlar üçüncü oxunuşda qəbul edilib.
“Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun çox mühüm qanunvericilik aktıdır. Orta sahibkarların kooperasiyası kənd təsərrüfatının inkişafına böyük fayda verəcək”, - deyə parlamentin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov məlumat verib.
“Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun 18, “Elm haqqında” qanun 40 maddədən ibarətdir.*
R.Babayev