Tokioda Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyası yaradılıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Assosasiyanın rəhbəri Yaponiyanın Hokkaydo Universitetinin doktorantı, Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının fəxri prezidenti Əlibəy Məmmədovdur.
Onun sözlərinə görə, təşkilatın yaradılmasında məqsəd iki ölkənin nümayəndələri arasında sıx əlaqələrin qurulmasıdır.
Ə.Məmmədov ümid edir ki, Assosasiyasının üzvlərinin sayı iki il ərzində 1 min nəfərə çatacaq. **
R.Babayev