Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarqsyan Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli müntəzəm danışıqları davam etdirməyə dair razılığa gəliblər. Bu barədə bu gün Sankt-Peterburqda keçirilən görüşün yekunlarına dair liderlərin birgə bəyanatında qeyd edilir.
“Prezidentlər Dağlıq Qarabağ problemi üzrə daimi əlaqələrin vacibliyini vurğulayıblar və Sankt-Peterburqda görüşün son hissəsinə dəvət olunan ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinə əlavə olaraq bu formatda davam etdirməyə dair razılığa gəliblər”, - deyə sənəddə deyilir. **