Azərbaycanin cənub bölgəsində baş verən ağır yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü və 5 nəfərin xəsarət alması ilə nəticələnib. Bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
“Cəlilabad rayonunun Alar kəndində Zaur Babayevin idarə etdiyi “VAZ-21154” və Xanağa Nəzərovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə Z.Babayevin sərnişini Fariz Nəsirov hadisə yerində həlak olub. Hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdirilib”, - deyə məlumatda deyilir. **
R.Babayev