Fransada törədilən terror aktı beynəlxalq birliyin terrorçuluqla mübarizədə səylərinin birləşdirilməsinin əhəmiyyətini vurğulayır. Maliyyə naziri Samir Şərifov belə hesab edir.
“Azərbaycan xalqı Fransanın kədərini bölüşür. Bu hadisə bir daha beynəlxalq birliyin terrorçuluqla mübarizədə səylərinin birləşdirilməsinin vacibliyini nümayiş edir”, - deyə S.Şərifov bazar ertəsi səfir Aureliya Buşez ilə görüşdə bildirib.
Öz növbəsində, A.Buşez vurğulayıb ki, “Azərbaycanın mövqeyi bir daha terorçuluqla mübarizə məsələsində bizim birliyimizi nümayiş etdirdi”.
Xəbər verildiyi kimi, bu gün Fransanın Azərbaycandakı səfirliyində Nitsada terror aktı qurbanlarının xatirəsinə həsr olunan hüzn kitabı açılıb. S.Şərifov Azərbaycan hökumətinin adından kitabda ürək sözlərini yazıb. **
F.İsazadə