Ermənistanın şahmat üzrə yığması 1-14 sentyabr tarixlərində Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak etməyəcək. Bu barədə Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan məlumat verib.
“Şahmatçılarmızla danışdıq və qərara aldıq ki, nümayəndə heyəti Bakıya səfər və Olimpiadada iştrak etməyəcək”, - deyə S.Lputyan bazar ertəsi jurnalistlərə bildirib.
Öncə o bəyan edib ki, erməni nümayəndə heyətinin Bakıya səfəri əsasən şahmatçılarının özlərinin istəyindən asılıdır.
“Əgər uşaqlar getməyə hazırdırlarsa və oynamaq istəyirlərsə, o zaman Bakıya səfər edəcəyimiz mümkündür”, - deyə S.Lputyan vurğulayıb.
1-18 sentyabr tarixlərində Bakıda Ümumdünya Şahmat Olimpiadası və FİDE Konqresi keçiriləcək. **