“Aqrolizinq” ASC traktorların və avtomatik hərəkət edən kənd təsərrüfatı texnikasının sığortası üçün sığorta şirkəti seçir. Bu barədə ASC-nin elanında deyilir.
Seçim açıq tender üsulu ilə həyata keçirilir.
Tenderdə iştirakın dəyəri 500 manatdır .
Tender təklıiflərinin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlar əsas götürüləcək: aşağı qiymət, şərtlərə və müddətə uyğun olaraq müqavilənin icrası.
Sığortaçılardan təkliflərin qəbulu 29 sentyabra qədər aparılır. Təkliflərin qiymətləndirilməsi sentyabrın 30-da baş tutacaq.
“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir. **
N.Abbasova