Qafqaz Universitetində islam moizəçisi Fəttula Güləninn tərəfdarları olduqları ehtimal olunan 50 müəllim vəzifələrindən kənarlaşdırılıb. Bu barədə yerli mətbuat məlumat verir.
Qafqaz Universitetindən Türkiyə vətəndaşı olan 50 müəllim vəzifəsindən kənarlaşdırılıb”, - deyə məlumatda universitetin rektor vəzifəsini icra edən Elmar Qasımovun sözlərindən sitat gətirilir.
“Onların arasında professorlar, kafedra müdirləri, dekanlar var. Həmin şəxlərin hamısı bu ayın sonun kimi Azərbaycanı tərk edərək Türkiyəyə geri dönəcəklər. Onların yerinə artıq yerli kadrlar təyin olunub”, - deyə E.Qasımov bəyan edib.
Qeyd olunur ki, E.Qasımov artıq müvafiq əmr imzalayaraq, universitetin türk müəllimləri ilə müqavilələrin bitdiyini və yenidən uzadılmayacağını bəyan edib.
Xəbər verildiyi kimi, iyulun 20-də Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib
Həmin gün SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov məlumat verib ki, Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib. **
F.İsazadə