Almaniyanın Tangerhütte şəhərində Xocalı abidəsi ucaldıla bilər. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bu təklifi Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Zakhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev Tangerhütte şəhər rəhbərliyinin binasında keçirilən yerli deputatların toplantısında irəli sürüb.
Yaşar Niftəliyev toplantı iştirakçılarına Azərbaycan həqiqətləri – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi,Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Cəmiyyət sədri daha sonra Tangerhütte şəhərindəXocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılması təklifini irəli sürüb. Şəhər rəhbərliyi və parlament üzvləriXocalı soyqırımına abidə qoyulması məsələsinin növbəti toplantılarda geniş müzakirə ediləcəyini bildiriblər.*
R.Babayev