Xarici işlər naziri Elmar Məmmədyarov ümid edir ki, Avropa Şurası bundan sonra da Türkiyəyə lazımi siyasi dəstək göstərəcək.
“Avropa Şurası şübhəsiz bu prosesdə konstruktiv və mühüm rol oynaya bilər. Türkiyə beynəlxalq birliyin üzvlərinin tam və birmənalı dəstəyindən yararlanmalıdır. Bizim Türkiyənin demokratik əsaslarına yönələn hədələrə qarşı Türkiyənın yanında olmaq öhdəliyimiz var”, - deyə XİN başçısı Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin görüşündə çıxışı zamanı bildirib.
Nazir çevriliş cəhdini açıq şəkildə qınadığına, eləcə də Türkiyə rəhbərliyinə dəstək ifadə etmək və Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirmək məqsədilə faciəvi hadisələrdən sonra Türkiyəyə səfər etdiyinə görə Estoniyanın sədrliyini təqdir edib.
“Bu addımlar təkcə Türkiyədəki qanuni hakimiyyəti dəstəkləmək üçün deyil, həmçinin təşkilatın tərəfdar olduğu ümumi dəyərləri müdafiə etmək üçün vacib idi”, - deyə o vurğulayıb.*
R.Babayev