Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarındaüzgüçü Roman Saleygümüş medal qazanıb.
Beləliklə, Azərbaycan Paralimpiya Oyunlarında medalların sayını 9-a çatdırıb.Yığmamızın aktivində 1 qızıl, 6 gümüş və 2 bürünc medal var.
Cüdoçu Ramil Həsənov 73 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Yüngül atlet Yelena Çebanu isə 100 metr məsafəyə qaçışda 2 gümüş, 200 metr məsafəyə qaçışda isə 1 bürünc medal qazanıb.
Bayram Mustafayev (cüdo), Kamil Əliyev (uzunluğa tullanma), Dmitri Saley (üzgüçülük) gümüş, Rövşən Səfərov (cüdo) isə bürünc medal qazanıblar.
“Rio-2016” Paralimpiya Oyunlarına 24 paralimpiyaçımız 6 idman növündə (cüdo, yüngül atletika, pauerliftinq, üzgüçülük, atıcılıq və kamandan oxatma) ümumilikdə 41 lisenziya qazanıb.
XV Yay Olimpiya Oyunları sentyabrın 7-də Rio-de-Janeyroda başlayıb və sentyabrın 18-dək davam edəcək.*
R.Babayev