Gürcüstanın “Literaturniy Mesxeti” qəzeti “AZER-GLOBE” İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzivə alim-dilşünas Elşad Əlilinin araşdırmaları əsasında “lavaş” və “düdük” sözlərinin türk mədəniyyətinə aid olmasına dair məqaləni tərcümə edərək gürcü dilində nəşr edib.
Gürcüstanın ermənilərin yaşadığı Samtsxe-Cavaxeti regionunda yayılan “Literaturniy Mesxeti” qəzetindəki “Этимология слова лаваш” (“Lavaş sözünün etimologiyası”) adlı məqaləyə akademik Bondo Arveladze resenziya yazıb və professor Quram Marxuliya gürcü dilinə tərcümə edib.
Məqalə gürcü cəmiyyətində böyük marağa səbəb olub.
Bununla belə, qəzetdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, erməni millətçiləri qəzeti tirajdan çıxarmaq tələbi ilə “Literaturniy Mesxeti”nin redaksiyasını təhdid ediblər.
“Erməni millətçiləri “Literaturniy Mesxeti” qəzetinə qarşı sərt tədbirlər hazırlayırlar. Bu nəşr erməni təbliğatına ciddi zərbə vurub”, - deyə redaksiyadan bəyan ediblər.
Ermənilər bir daha ən sevdikləri - tarixlərinin saxtalaşdırılmasına əks olan bütün fakt və mənbələri məhv etmək və silmək üsulundan istifadə edirlər.
Qafqaz Tarixi Mərkəzinin araşdırmaları layihələri, kitabları, filmləri və tədbirləri hər zaman geniş elmi dairələr və ictimaiyyətin diqqətini çəkib. Bu araşdırmalar ermənilərin tarixi saxtlaşdırmalarını ifşa və Azərbaycanın və bütün Qafqazın irsi barədə həqiqəti bərpa etməyə imkan yaradıb. Həmin layihələrin müəllifi politoloq Fuad Axundovdur.
F.Axundovun bu cür uğurlu layihələrindən biri 25 dekabr 2014-cü ildə “İnterfaks-Azərbaycan” agentliyində təqdimatı keçirilən “Yalan detektoru”dur. Bu layihə çərçivəsində azərbaycanlı alim, dilşünas Elşad Əlili və tarixçi Rizvan Hüseynov “lavaş”, “düdük” və s. sözlərin erməni mədəni irsinə aid olmaları mövzusuna dair müqayisəli təhlil həyata keçiriblər. XVII-XIX əsrlərə aid onlarla erməni, rus və Avropa lüğətləri əsasında aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, “lavaş”, “düdük” və s. sözlərdən həmin lüğətlərdə istifadə edilməyib. O cümlədən, bu lüğətlərdə, həmçinin hətta VII əsrdən etibarən digər mənbələrdə qeyd edilir ki, “lavaş”, “düdük” - türk mənşəli sözlərdir. Demək, onlar türk mədəni irsinin elementləridir. XIX əsrin əvvəlində Cənubi Qafqaza köçürülən erməni xalqı bu yaxınlarda qeyd olunan sözlərdən istifadə etməyə başlayıb. Məhz bu səbəbdən “lavaş” və “düdük” sözləri ilk dəfə XX əsrin əvvəlində erməni lüğətlərində yer alıb.
Aşağıdakı saytlarda oxucular Qafqaz Tarixi Mərkəzinin həyata keçirdiyi “Yalan detektoru” layihəsi çərçivəsində məqalələrlə tanış ol bilərlər.
ТЕСТ №1: "АРМЯНСКИЙ ЛАВАШ" -http://caucasianhistory.info/?page_id=329
ТЕСТ №2: "АРМЯНСКИЙ ДУДУК" -http://caucasianhistory.info/?page_id=330