2017-ci ilin dövlət büdcəsində hərbi və milli təhlükəsizliyin təminatına xərclər 2,9 mlrd. manat təşkil edəcək, bu da 2016-cı ilin göstəricisindən 6,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat veriblər.
“2017-ci ildə müahribə şəraitində olan Azərbaycanın hərbi və milli təhlükəsizliyin təminatına xərclər 2,9 mlrd. manat (cari məzənnə ilə $1,8 mlrd.-a yaxın) təşkil edəcək, bu da 2016-cı ilin göstəricisindən 187 mln. manat və ya 6,9% çoxdur”, - deyə nazirlikdən qeyd ediblər.
Ümumilikdə, bu məqsədlərə xərclər 2017-ci ilə bütün büdcə xərclərinin 17,4%-ni təşkil edəcək. **
F.İsazadə