Oktyabrın 28-də BakıdaDünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək.Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Forumda xarici ölkələrdə yaşayan 300 nəfərə yaxın azərbaycanlı iş adamı və diaspor rəhbərinin, eləcə də ölkə daxilində fəaliyyət göstərən sahibkarların dəvət olunması nəzərdə tutulub”, - deyə məlumatda vurğulanır.
Forumda xaricdə yaşayan azərbaycanlı iş adamlarının Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə qoymasna stimul verən amillər, dövlət səviyyəsində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində yaranmış əlverişli investisiya mühitinin yaratdığı əlavə imkanlar, ölkənin ümumi iqtisadin inkişafında xaricdə yaşayan azərbaycanlı iş adamlarının rolu ilə bağlı bir sıra məsələlər müzakirə olunacaq.
Bununla yanaşı, Forumda xarici iş adamlarının və böyük şirkətlərin Azərbaycana investisiya qoymağa təşviq edilməsi ilə bağlı məsələlər ətrafında da fikri mübadiləsi aparılacaq.
“Tədbir çərçivəsində azərbaycanlı iş adamlarının iştirakı ilə biznes-forumun təşkili planlaşdırılır”, - deyə məlumatda deyilir. **
R.Babayev