Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə iki ölkənin diasporlarının mütəşəkkil və birgə fəaliyyətinin təmin olunması istiqamətində yeni strategiyanın müəyyənləşdirilməsi ilə əlaqədar məsələləri müzakirə ediblər. Bu barədə rəsmi mətbuat məlumat verir.
Hazırda Ə.Həsənov Türkiyədə işgüzar səfərdədir.
“Görüşdə Azərbaycan ilə Türkiyə arasında ictimai-siyasi sahədə əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb. İki ölkə arasında strateji müttəfiqliyinin yeni müstəviyə qaldırılması məsələsi müzakirə edilib”, - deyə məlumatda vurğulanır. **
R.Babayev