Kanadanın yeni təyin olunmuş səfiri Kristofer Con Kuter Bakı ilə Ottava arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini vurğulayır.
Bu gün prezident İlham Əliyev Kristofer Con Kuterin etimadnaməsini qəbul etdi. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi önəmlidir”, - deyə səfir görüşdə vurğuladı.
Diplomat azərbaycanlı tələbələrin Kanada universitetlərində təhsil aldıqlarını məmnunluqla qeyd etdi.
Səfir Kanadanın bir sıra mühüm şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən yüksək texnologiyalar, nəqliyyat, turizm sahələrində fəaliyyət göstərdiklərini bəyan etdi.
Öz növbəsində, İ.Əliyev həyata keçirilən birgə layihələrin əhəmiyyətini qeyd etdi.
İ.Əliyev Bakıda fəaliyyət göstərən Kanada şirkətlərinə məxsus beşulduzlu iki otelin – “Four Seasons” və “Fairmont” otellərinin regionda ən yaxşı otellərdən olduqlarını bildirdi.
Prezident Kanada şirkətləri ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu vurğuladı. **
F.İsazadə