“İnterfaks-Azərbaycan” agentliyinin Bakıda səfərdə olan erməni siyasətçi və hüquq müdafiəçisi, İsveçrədə siyasi mühacir kimi yaşayan Vahe Avetyan ilə müsahibəsi.
- Vahe, arıq neçə gündür, siz və həmfikirləriniz Vaan Martirosyan və Süzan Caqinyan Bakıda səfərdəsiniz. Siz dəfələrlə Ermənistanın hakim rejiminin ünvanına Ermənistan-Azərbaycan münaqişəsini nizamlamaq istəmədiyinə dair ittihamlar səsləndirmisiniz. Necə hesab edirsiniz, Ermənistandakı hansı qüvvə bu problemi həll etmək, Qarabağ münaqişəsini nizamlamaq iqtidarındadır?
- Bu günə Ermənistanda bu məsələni həll edə biləcək siyasi qüvvə yoxdur. Çünki Ermənistanın bütün siyasi partiyaları - KGB-nin həmkarlar ittifaqlarıdır. Yəni, onların əsas vəzifəsi münaqişənin həllinə, onun nizamlanmasına imkan verməməkdən ibarətdir. Əgər xalq hakimiyyəti ələ keçirərsə, özünün siyasi təsisatlarını yaradarsa, o zaman həmin demokratik hakimiyyət Dağlıq Qarabağ problemini həll edəcək.
- Siz praktiki olaraq, xalq diplomatiyası istiqamətində ilk addım atmısınız. Bu diplomatiyanın gələcəyini necə görürsünüz?
- Biz 10 ildən artıqdır bu istiqamətdə fəaliyyət göstəririk. Bu prosesin təsisçiləri Georgi Vanyan və Luiza Poqosyan 12 ildən artıq müddətdir ki, bu işlə məşğul olurlar. Baxmayaraq ki, Ermənistanda hakimiyyət onlar üçün cəhənnəm yaradır. Vanyan hər gün hücumlara məruz qalırdı, hətta İrəvandan sərhədə köçdü, lakin orda da ona hücumlar olub. İndi o Almaniyadadır. Bütün bu təhdidlər və hücumlara baxmayaraq, insanlar bu istiqamətdə fəaliyyəti davam etdirirlər.
Bu gün sülhməramlıların sırasında İrəvanda məni, Georgini, ailəmi öldürməyə, uşaqlarıma təcavüz etməyə çağıran konyuktura və keçmiş nasist təşkilatlardan olanların meydana çıxması tendensiyasının şahidi oluram... Hətta bizim sıralarımıza daxil olmaq istəyirlər, baxmayaraq ki, cəmi 3 il əvvəl bizi öldürməyə çağırırdılar. Əgər bu cür şəxslərin danışıqlar prosesinə daxil olmasının qarşısını ala bilsək, o zaman Qarabağ məsələsi öz həllini tapacaq. Rəsmi hakimiyyətin bəyanatlarına zidd olaraq, xalq diplomatiyası qalib gələ bilər.
- Lakin Ermənistanın rəsmi şəxsləri Azərbaycan və Ermənistanın “genetik” uyuşmazlığı barədə bəyan edirlər...
- Bu axmaqlıqdır. Mənim ilk peşəm baytarlıqdır.Yalnız savadsız və səfeh olan şəxs bu ifadəni iştifadə bilər. Biz “homo sapien” sayılırıq. Uşaq dünyaya gətirən insanlar arasında necə “genetik” uyuşmazlıq ola bilər?
- Xüsusən ona görə ki, bu günə qədər azərbaycanlılar və ermənilər birgə ailə həyatı kimi təcrübəyə malikdirlər.
- Bu sadəcə sual deyil. Genetik uyuşmazlıq nədir? Bu sadəcə cəfəngiyatdır. Hətta Polineziyada adamyeyənlər tayfası və digər xalqların genetik uyuşmazlığı yoxdur. Bəlkə söhbət əqli uyuşmazlıqdan gedir...? Bundan mənasız heç nə uydurmaq mümkün deyil!
- Qarabağ müharibəsinə son qoymağı qarşısına məqsəd qoyan Georgi Vanyan, sizin və digərlərinin məruz qaldığı təqiblərə baxmayaraq, siz yenə də fəaliyyətinizi davam etdirmək və xalq diplomatiyasını irəli sürmək niyyətindəsiniz?
- Əlbəttə.
- Vahe, qısa zaman ərzində bu sizin Azərbaycana ikinci səfərinizdir. Bir neçə gün öncə, siz öz təşəbbüsünüzlə Bakıya gəldiniz, ancaq hava limanından geri qayıtmağa məcbur oldunuz. Azərbaycanlılar tərəfindən özünüzə qarşı mənfi münasibət gördünüzmü?
- Azərbaycanlılarla ünsiyyətim indi başlamayıb. 10 ildən artıqdır sülhməramlı kimi fəaliyyət göstərirəm, Tekalidə (Gürcüstan) daima azərbaycanlılarla görüşürəm. Tekali - sülhməramlılıq, azadlıq və əməkdaşlıq ərazisidir. Azərbaycanın hər yerindən bu şəhərə insanlar gəlir. Bu, həm genetik, həm antropoloji olaraq mənim xalqımdır.
- Sizə sülhməramlılıq missiyasında uğurlar arzu edirik və ayırdlğınız zamana görə minnətdarlığımızı bildiririk.
- Siz sağ olun.
Söhbət etdi Fərdin İsazadə