Azərbaycan-Rusiya sərhədində avtonəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb. Bu barədəDövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
“Xaçmaz Gömrük İdarəsinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük postunda avtonəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini Ruslan Davıdov arasında intensiv danışıqlardan sonra son 3 gündə 475 avtonəqliyyat vasitəsinin sərhəddi keçməsi təmin edilib”, - deyə məlumatda deyilir.
Bu gün Aydın Əliyevlə Ruslan Davıdov arasında telefon danışığı olub. Tərəflər son günlər Azərbaycan-Rusiya sərhədində mövcud vəziyyəti müzakirə edib. **
N.Abbasova