Noyabrın 18-də saat 12.00-da "İnterfaks-Azərbaycan" informasiya agentliyində Vladimir Mayakovski adına Moskva Akademik Teatrının Bakıya qastrol səfərinin başlamasına həsr olunmuş mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransında Qastrol Fəaliyyətinə Dəstək Federal Mərkəzinin baş direktoru Anton Proxorov, V.Mayakovski adına Moskva Akademik Teatrının bədii rəhbəri Mindauqas Karbauskis, RSFSR xalq artisti Svetlana Nemolyayeva, RSFSR xalq artisti Qalina Anisimova, Rusiyanın xalq artisti Mixail Filippov, V.Mayakovski adına Moskva Akademik Teatrının direktoru Leonid Oşarin, S.Vurğun adına Rus Dram Teatrının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev, S.Vurğun adına Rus Dram Teatrının baş rejissoru, Azərbaycanın xalq artisti Aleksandr Şarovski iştirak edəcəklər.
“İnterfaks-Azərbaycan” agentliyinin ofisi aşağıdakı ünvanda yerləşir: İçərişəhər, Vaqif Mustafazadə küçəsi 6/10, “Sahibtac” biznes mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Girişdə xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07