Azərbaycan parlamenti bu gün keçirilən plenar iclasda ünvanlı sosial yardımın müəyyən edilməsi üçün “ehtiyac meyarı”nı 116 manat səviyyəsində təsdiq edib. Bu da 2015-ci ilin göstəricisindən 10,5% çoxdur.
Bundan başqa, parlament “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsini qəbul edib. Sənəddə yaşayış minimumunun məbləği 155 manat səviyyəsində təsdiq edilib (2016-cı ilin göstəricisi ilə müqayisədə artım 14%).
O cümlədən, gələn ilə əmək qabiliyyətli vətəndaşlar üçün yaşayış minimumu 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat səviyyəsindəmüəyyənetmək təklif olunur. **
A.Axundov