Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən bu il casusluq fəaliyyəti ilə məşğul olan 12 nəfər müəyyən edilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnikElçin Quliyev məlumat verib.
“2016-cı ildəDSX tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 1 əcnəbi vətəndaş müəyyən edilib”, - deyə o, Dövlət Sərhəd Xidmətinin 2016-cı ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində qeyd edib.
E.Quliyev əlavə edib ki, həmçinin məxfi əməkdaşlığa cəlb olunmuş 4 Azərbaycan vətəndaşı da müəyyən edilib.*
R.Babayev