2017-ci il yanvarın 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $45 mln.-a yaxın (cari məzənnə ilə) vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
“1 yanvar tarixinə Fondun hesabında 79 mln. 212 min 496,09 manat (cari məzənnə ilə $44,7 mln.), $212 min 373,88, 5 min 935,69 avro və 5 min rubl toplanıb”, - deyə məlumatda deyilir.
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.**
F.İsazadə