Bakı texnologiya, təhsil layihələri və təcrübə sahəsində Avropa institutları ilə mübadilə aparmaqda maraqlıdır. Bunu Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov "EurActiv" portalına müsahibəsində deyib.
“İndi məqsədimiz daha çox texnologiya, təhsil layihələri və təcrübə sahəsində Avropa institutları ilə mübadilə aparmaqdır”, - deyə o bildirib.
Səfirin sözlərinə görə, Azərbaycan Avropanın dəyərlərini qorumaq naminə bu cür əməkdaşlığa hazırdır. “Fikrimcə, əgər qərar verilibsə, biz bunu etməyə nail olacağıq”, - deyə o vurğulayıb.
F.İsgəndərov terrorizmlə mübarizə və qeyri-qanuni miqrasiya məsələlərində birgə səylərin əhəmiyyətini qeyd edib. “Biz miqrasiya, terrorizmlə mübarizə, qeyri-qanuni miqrasiya, mütəşəkkil cinayətkarlıq məsələlərində əməkdaşlıq etməyə hazırıq və artıq birlikdə addımlar atmağa da başlamışıq”, - deyə səfir əlavə edib.*
R.Babayev