Azərbaycanın gömrük orqanlarının əməkdaşları 1,15 mln. məbləğində Rusiya rublunun qanunsuz yolla ölkədən çıxarılmasına cəhdin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən verilən məlumatda deyilir.
“Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Samur” gömrük postundan keçməklə Azərbaycandan Rusiya Federasiyası istiqamətinə gedən Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Nəticədə, həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilməmiş 1 mln. 150 min Rusiya rublu aşkar edilib”, - deyə məlumatda deyilir. **
N.Abbasova