Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının ƏlahiddəÜmumqoşun Ordusununhərbi hazırlığı və müdafiə qabiliyyətini yüksək qiymətləndirib.
“Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir”, - deyə İ.Əliyev bu gün Naxçıvan Muxtar Respublikasına səfəri zamanı ictimaiyyətlə görüşdə bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə böyük iş aparılıb və bu gün də aparılır. “Bu gün Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır, öz sərhədlərini qoruyur və siz burada düşmənlə üz-üzə yaşayırsınız, cəsarətlə yaşayırsınız, rəşadət göstərirsiniz və göstərmisiniz”, - deyə dövlət başçısı qeyd edib.
Prezident bildirib ki, Naxçıvanın hərbi potensialı və müdafiə qabiliyyəti daim diqqət mərkəzindədir.“Ən müasir texnika, silah, sursat buraya göndərilir və döyüş qabiliyyəti artır, xidmət şəraiti yaxşılaşır”, - deyə o əlavə edib. **
R.Babayev