Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ildə məşğulluq xidmətləri və işsizlik müavinəti sisteminin avtomatlaşdırılması işlərini başa çatdıracaq. Bu barədə nazir Səlim Müslümov məlumat verib.
«Hazırda məşğulluq xidmətləri və işsizlik müavinəti sisteminin də avtomatlaşdırılması işləri aparılır. Artıq bu işlər yekunlaşmaqdadır. Yeni elektron sistem işsiz və işaxtaran vətəndaşların münasib iş yeri ilə təminatı və əmək bazarında işçi qüvvəsinə tələbin ödənilməsi işinin daha səmərəli və çevik təşkilinə imkan yaradacaq”, - deyə o, nazirliyin kollegiya iclasında bildirib.
S.Müslümovun sözlərinə görə, hazırda nazirliyin 30-a qədər elektron xidməti istifadəyə verilib.*
F.İsazadə