Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) erməni hərbiçləri tərəfindən saxlanılan Elnur Hüseynzadə ilə görüşün təşkili məqsədilə Bakı və İrəvanla dialoqa başlayıb. Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmə beynəlxalq humanitar hüquq normalarına görə BQXK-nın mandatıdır. Komitə saxlanılan şəxsə baş çəkmək üçün aidiyyəti tərəflərlə ikitərəfli konfidensialdialoq aparır” - deyə “İnteraks-Azərbaycan” agentliyinə Komitədən bildiriblər. **
R.Babayev