Azərabycan Hərbi Prokurorluğu Tərtər rayonunun Talış kəndi istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılan mülki şəxs Elnur Hüseynzadə ilə bağlı araşdırma aparır. Bu barədə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev qeyd edib.
“Elnur Hüseynzadə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub. Bizdə onun Silahlı Qüvvələri sırasından tərxis olunmasına dair əmr var. O, hazırda hərbi xidmətdə deyil.Təbii ki, biz bu məsələ ilə bağlı araşdırma aparırıq”, - deyə X.Vəliyev bu gün jurnalistlərə bildirib.
Ermənistan KİV-i fevral ayının əvvəlində sıravi əsgər E.Hüseynzadənin Tərtər rayonunun Talış kəndi yaxınlığında əsir götürülməsi barədə məlumat yayıb.
Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib ki, Elnur Hüseynzadə Azərbaycan Silahlı Qüvvələrindən tərxis olunub və hazırda hərbi xidmətdə deyil. **
F.İsazadə