Bu gün Bakının Sabunçu rayonunda yerləşən 67 saylı məktəbdə Sovet dövlət xadimi, SSRİ Nazirlər Soveti sədrinin müavini və SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakovun büstü açılıb.
Açılış mərasimində Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.
Nikolay Baybakov 1911-ci il martın 6-da Sabunçu kəndində anadan olub. 1932-ci ildə Azərbaycan Neft İnstitutunun neft-mədən fakültəsini "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə bitirərək, Bakı şəhərinin neft mədənlərində mühəndis işləyib.
N.Baybakov neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. O, 200-ə yaxın elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifidir.*
N.Abbasova