Azərbaycanın “Azerispace-2” peykinin geostasionar orbitə buraxılması 2017-ci ilin sonu - 2018-ci ilin əvvəlində həyata keçirilə bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Öncə “Azerispace-2” peykinin 2017-c ildə orbitə buraxılışı planlaşdırılırdı.
“Hazırda bu peykin yaradılması üzərində iş davam edir. Onun 2017-ci ilin sonu - 2018-ci ilin əvvəlində orbitə buraxılması planlaşdırılır”, - deyə hökumətdən qeyd ediblər.
“Azerkosmos” "Space Systems/Loral" şirkəti ilə «Azerispace-2" peykinin hazırlanmasına dair müqavilə imzalayıb. Müqavilənin dəyəri $191,36 mln. təşkil edir.
Peykin yaradılması layihəsinin maliyyələşdirilməsi Kanadanın İxrac İnkişaf Agentliyinin (Export Development Canada, EDC) uzunmüddətli və güzəştli kredit xətti hesabına həyata keçiriləcək.
«Azerispace-2" peykinin geostasionar orbitə buraxılması Fransanın "Airanespace” şirkəti tərəfindən həyata keçiriləcək. Şirkətlə 2 dekabr 2015-ci il tarixində müvafiq müqavilə imzalanıb. Peyk «Airane-5» daşıyıcı raketin köməyi ilə orbitə buraxılacaq.
N.Abbasova