İsrailin Azərbaycandakı səfiri Dan Stav Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə iki ölkənin regionları arasında turizm sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
"D.Stav icra başçısı ilə iqtisadiyyat, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib”, - deyə İsrail səfirliyinin məlumatında bildirilir.
Tərəflər, həmçinin Azərbaycan və yəhudi icmalarının vasitəsilə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycanda “harmonik birgə yaşama və multikulturalizm” mühitini alqışlayan diplomat yəhudi icmasının “iki ölkə arasında körpü” olduğunu vurğulayıb.
D.Stav Xaçmaz rayonunun iqtisadi potensialı ilə tanış olub, “Qafqaz” konserv zavodunda və Yalama aqroparkına baş çəkib.*
F.İsazadə