Azərbaycan Fransa ilə ticarət dövriyyəsinin şaxələndirilməsinə yönəlib. Bu barədə prezident İlham Əliyevin Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü zamanı bəyan edib.
“Ticarətimizin strukturuna baxsanız görərsiniz ki, bu, əsasən bizim Fransaya neft ixracatımızdır. Beləliklə, biz bunu şaxələndirməliyik, daha çox alıb, daha çox satmalıyıq”, - deyə İ.Əliyev çıxışında bildirib. Çıxışın mətni dövlət başçısının saytında dərc olunub.
Onun sözlərinə görə, hazırda ölkələr arasında ticarət dövriyyəsinin həcmi bir milyard avrodan azdır.
“50-dən çox fransız şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. İqtisadiyyatımıza yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. Bu sərmayələr əsasən enerji sektoruna qoyulmuşdur, lakin qeyri-neft sektoruna da bəzi sərmayələr yatırılır. Bu isə hazırkı mərhələdə bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın hökumət qurumları və fransız şirkətləri tərəfindən imzalanmış müqavilələrin dəyəri 2 milyard dollara yaxındır. Beləliklə, bu, ilk növbədə ölkəmizin potensialını nümayiş etdirir, bu, fransız biznes dairələrinin Azərbaycandakı fəaliyyətə marağının göstəricisidir”, - deyə İ.Əliyev qeyd edib.
Prezident vurğulayıb ki, Azərbaycanın hökumət qurumları və fransız şirkətləri tərəfindən imzalanmış müqavilələrin dəyəri 2 milyard dollara yaxındır.
İ.Əliyev qeyd edib ki, Azərbaycanda iqtisadiyyatı şaxələndirməyə çalışır.
“Hazırda neft və qaz ümumi daxili məhsulun təqribən 30%-dən çoxdur. Qalan hissə qeyri-neft sektorunun payına düşür. İndi isə biz ixracımızı şaxələndirmək üçün fəal çalışırıq. Neftin qiymətinin üç-dörd dəfə aşağı düşdüyü bir dönəmdə buna indi xüsusilə ehtiyac var və artıq bizə əvvəllər olduğu kimi, əldə edə bilmədiyimiz gəlirləri qeyri-enerji ixrac potensialı ilə kompensasiya etmək lazımdır. Buna görə, biz əsasən kənd təsərrüfatı, sənaye sektorlarına sərmayə yatırdıq və eyni zamanda, bazarların axtarışındayıq”, - deyə dövlət başçısı bəyan edib.
O əlavə edib ki, Azərbaycan qeyri-neft ixracının artırılması üçün Avropa bazarını çox cəlbedici hesab edir. **
A.Axundov