Azərbaycan prezidenti İlham Əliyev Bakə və Tbilisi arasında bütün sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdiyini qeyd edir.
“Həyata keçirdiyi qlobal layihələr digər sahələrdə də əməkdaşlığın gücləndirilməsi işinə xidmət edir”, - deyə İ.Əliyev V Qlobal Bakı Forumu çərçivəsində Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə görüşü zamanı bildirib.
İ.Əliyev iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu ifadə etdi və əlaqələrin bölgədə və ümumiyyətlə, beynəlxalq səviyyədə mühüm rol oynadığını dedi.
Dövlət başçısı ikitərəfli əməkdaşlığın gələcəkdə möhkəmləndirilməsinin vacibliyini qeyd etdi.
Öz növbəsində, G.Marqvelaşvili ölkələr arasında strateji münasibətlərin dərinləşdiyini bildirdir. **
R.Babayev