Azərbaycanda regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqeramların reallaşmasına bütün mənbələrdən sərmayələr 60 mlrd. manata yaxın təşkil edib. Bu barədə baş nazir Artur Rasizadə bəyan edib.
“Son 13 il ərzində 250 min qaçqın və məcburi köçkünün sosial problemlərinin həllinə 5,2 mlrd. manat həcmində vəsait yönəldilib”, - deyə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisdə təqdim edən baş nazir Artur Rasizadə bildirib.
Onun sözlərinə görə, 13 ildə Azərbaycanın real ÜDM-i 3 dəfə, dövlət büdcəsinin nominal gəlirləri 20 dəfə, əsas kapitala sərmayələr 3 dəfə, həmçinin qeyri-neft sektoruna investisiyalar 5,6 dəfə artıb.
“Bu dövr ərzində qeyri-neft məhsullarının ixracı 3,5 dəfə, əhalinin nominal gəlirləri 8 dəfə artıb”, - deyə A.Rasizadə əlavə edib. **
A.Axundov