Cari ilin fevral ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford arasında görüşün Bakıda keçirilməsisübut edir ki, Azərbaycan etibarlı tətrəfdaşdır. Prezident İlham Əliyev belə hesab edir.
“Rusiya və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin görüşünün Bakıda keçirilməsi Azərbaycanın dünya miqyasında tərəfdaş qismində etibarlı ölkə kimi tutduğu rolun bariz nümunəsidir”, - deyə İ.Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr olunan iclasda bildirib. **
F.İsazadə