Aprelin 25-də Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlığa dair yeni saziş layihəsi ilə bağlı danışıqların növbəti mərhələsi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Aİ-nin Bakı ofisindən məlumat verilib.
«Danışıqların növbəti raundu aprelin 25-də Bakıda keçiriləcək. Danışıqlarda Aİ nümayəndə heyətinə Rusiya, Mərkəzi Asiya üzrə əməkdaşlıq, regional əməkdaşlıq və ATƏT məsələləri üzrə Avropa xarici siyasət xidmətinin direktoru Lyuk Devin başçılıq edəcək”, - deyə məlumatda bildirilir.
Danışıqlar zamanı Azərbaycanın hazırladığı sənədlər və Aİ-nin onlarla bağlı təklifləri müzakirə olunacaq.*
F.İsazadə