2017-ci ilin I rübündə Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə sərnişindaşımaların həcmi 448 mln. 204,6 min nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 590,9 min nəfər (artım 35,4%), dəniz nəqliyyatı ilə 4,2 min nəfər (artım 20%), hava nəqliyyatı ilə 440,7 min nəfər (artım 25,7%), metro ilə 55 mln. 410,4 min sərnişin (artım 6,1%) daşınıb.
Bu ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı vasitələri ilə 391 mln. 758,4 min sərnişin (artım 1,9%), avtobuslarla 376 mln. 332,7 min sərnişin (artım 1,9%), taksi minik avtomobilləri ilə 15 mln. 425,7 min sərnişin (artım 3,1%) daşınıb.*
N.Abbasova