“Azərbaycan Kosovonun müstəqilliyini tanımır və birtərəfli elan olunan müstəqillik beynəlxalq hüquqa ziddir. ÜGT-nin qarşısında həlli vacib problemlər durduğu halda, gömrük məsələləri üzrə dövlətlərin əməkdaşlığı üçün yaradılmış bir təşkilatın iclaslarında siyasi məsələlərə yer ayrılmamalıdır”, - deyə o, Avstriyanın paytaxtı Vyana şəhərində ÜGT Avropa Regionu Gömrük Xidmətləri Rəhbərlərinin Konfransında çıxışı zamanı bildirib.
DGK-nın mətbuat xidmətindən verilən məlumata görə, A.Əliyev tədbirdə qeyd edib ki, Kosovo ilə bağlı məsələ ÜGT-nin Siyasi Komissiyasında müzakirə olunub və Kosovonun təşkilata üzvlüyə qəbul edilməməsi barədə qərar qəbul edilib.
“Bu qərar qüvvədə olduğu üçün Azərbaycan tərəfi üzvlük məsələsinin yenidən müzakirəyə çıxarılmasını məqsədəuyğun saymır”, - deyə komitə sədri bildirib.
A.Əliyev Azərbaycanın, digər dövlətlərin də ərazi toxunulmazlığı problemi ilə üzləşdiyini bir daha diqqətə çatdıraraq ÜGT-nin siyasi məsələlərin meydanına çevrilməsini yolverilməz sayıb.*
F.İsazadə