“İnterfaks-Azərbaycan” agentliyinin “Baku City Circuit” (BCC) Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiyaşöbəsinin rəhbəriNigar Arpadarai ilə müsahibəsi
- İyunun 23-dən 25-dək Bakıda “Formula-1” Azərbaycan Qran-Pri yarışı keçiriləcək. Hazırlıq işləri hansı mərhələdədir?
- Yarışların keçirilməsinə iki ay qalır, hazırlıq işləri tam sürətlə aparılır. Tədbir eyni zamanda bir neçə istiqamətdə keçirilir. “Baku City Circuit” trasında təmir-tikinti işləri aparılır, beton bloklar və tribunalar quraşdırılır. Həm də, insanları narahat etməmək üçün blokları gecə saatlarında quraşdırırıq. Əhalidən yeganə xahişimiz var - yarışların keçiriləcəyi küçələrdə avtomobil saxlamasınlar. Aprelin sonuna kimi tribunaların quraşdırılması işlərini başa çatdırmağı planlaşdırırıq. Çünki may ayında Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcək.
- Bu yaxınlarda Niyazi küçəsində qəmbər daşların üzərindəasfaltörtüyünün çəkilməsi başa çatdılırıb. Bundan sonra aprelin sonuna qədər trasda mümkün çatışmazlıqların aradan qaldırılması məqsədilə bütün trasa baxış keçiriləcək.
Yarışlara yaxın zamanda isə paytaxtda “Azərbaycan Qran-Pri yarışı”nın fəal reklamına başlayacağıq. Sakinlər “Formula-1”in Azərbaycana ikinci dəfə gələcəyini hiss edəcəklər. Ötən il dekabrın 2-dən etibarən biletlərin satışına başlanılıb və bütün məqsədli bazarlarımızda biletlərin satışı üzrə fəal iş aparırıq. Əsasən, İnternet vasitəsilə alıcılara çıxış əldə edirik. O cümlədən, “Formula-1” azarkeşlərinin toplandığı yerləri, avtomobil idmanı ilə bağlı sərgi və forumları əhatə etməyə çalışırıq. Mütləq şəkildə turizm sərgilərində iştirak edirik, stendlərimizi quraşdırırıq, promo aksiyalar keçiririk. Xaricdə keçirilən sərgilərə xüsusi maraq göstəririk, çünki əsas məqsədimiz digər ölkələrdən olan “F-1” azarkeşlərinin “Azərbaycan Qran-Pri yarışı”na cəlb olunmasıdır.
- Biletlərin satışı ilə bağlı iş necə gedir? Bakıda keçiriləcək “Azərbaycan Qran-Pri”sinə hansı ölkələrin nümayəndələri bilet alıblar?
- Biletlər birinci ildən fərqli olaraq, daha fəal şəkildə satılır. Çünki fanatların əksər hissəsi ölkəmiz barədə az məlumatlı idi. Bu günə satılan biletlərin 66%-ni əcnəbilər alıb. İlk alıcı Böyük Britaniyadan olub. Bir il öncə “Formula-1” yarışlarının Azərbaycanda keçirilməsinə şübhə ilə yanaşanlar, paytaxtı və Bakı mərhələsinin təşkili səviyyəsini televizorların ekranlarında gördükdən sonra maraqları artdı.
Bu günə 48 ölkənin nümayəndəsi bilet alıb. Bir il öncə olduğun kimi, Rusiya birinci yerdədir. Böyük Britaniya, Gürcüstan, Ukrayna, Almaniya da ilk onluğa daxildir. Ötən il ərəb ölkələri bir o qədər fəal olmasalar da, bu il artıq Top-10-a daxil olublar.
Və, əlbəttə ki, bizim vətəndaşlar. Bu yaxınlarda 4 günlük əyləncə proqramımızı elan edəcəyik. 4 günlük yarış biletinə nəinki 3 günlük yarışlara giriş, həm də əlavə əyləncəli tədbirlərdə, favoritlərin avtoqraf sessiyalarında və iyunun 22-də, cümə axşamı xüsusi təşkil olunan gəzintidə iştirak imkanı daxildir.
Ötən il oduğu kimi, böyük musiqi festivalının keçiriləcəyini gözləyirik. Bakıda dünyaca məşhur üç müğənni çıxış edəcək. Bu günlərdə nəinki Azərbaycanda, həm də bütün regionumuzda məşhur tür müğənnisi Tarkanın konsert proqramında çıxışını anons etdik. O, 23 iyun tarixində, cümə günü axşam canlı konsertlə çıxış edəcək. Bu ayın sonuna kimi 24, 24 iyun tarixlərində burada çıxış edəcək müğənnilərin adlarını elan edəcəyik.Yarışların keçirildiyi müddətdə bulvarda iki lilometrlik ərazi “Formula 1” əyləncə zonasına çevriləcək, bura yalnız yarışlara bilet alan şəxslər daxil ola bilər. Orada üç səhnə quraşdırılacaq, çoxlu sayda interaktiv əyləncələr təşkil ediləcək. O cümlədən, oyun zonaları və Azərbaycan milli mədəniyyət güşələri quraşdırılacaq.
Bizi sevindirən daha bir məqamı qeyd etmək istərdim. Əgər ötən il Azərbaycan vətəndaşları yarışlara yaxın zamanda, əsasən apreldə bilet almağa başlayırdısa, bu dəfə ilk endirimli kampaniya elan olunan kimi, kifayət qədər sayda insan reaksiya verdi.
- Biletlərin satışını nə zaman başa çatdırmağı planlaşdırırsınız?
- Biletlərin yarışlar başlamadan öncə satılmasını istərdik. Ötən ilin təcrübəsinə əsasən məlumdur ki, yarışların keçirildiyi günlərdə Bakıda çıxış edəcək ulduzların adı elan olunan kimi satış həmcləri artacaq.
Belə ki, “Filarmoniya” tribunası artıq tam satılıb. Orada boş yer qalmayıb. Digər tribunalara da biletlər çox yaxşı satılır. İyunun əvvəlində biletlərin artıq satılmasını istərdik.
Oxucuların diqqətinə çatdırmaq istərdim ki, 2 yaşdan 16-dək uşaqlar üçün xüsusi güzəştli biletlər satışdadır. Onları artıq istənilən tribunaya almaq mümkündür. İyunda keçiriləcək yarışlar ailəvi, uşaqlar və dostlarla dincəlmək üçün əla imkandır.
- Gələcəkdə tamaşacı yerlərinin sayının artırılması nəzərdə tutulur?
Xeyr. Biz öncədən 30-40 min nəfərlik yerlər planlaşdırmışıq. Çünki hesab edirik ki, bu sayda tamaşaçı özünü rahat hiss edəcək. Təhlükəsizliyin təminatı nöqteyi-nəzərindən də bu zəruridir. Baxmayaraq ki, bir neçə tirbuna əlavə etmək mümkündür, lakin bu turist axınını qəbul etmək üçün hotellərdə yerlər kifayət qədər deyil. “Azərbaycan Qran-Pri”sinə bilet alan hər bir şəxsin rahat şəraitdə qalması bizim üçün çox vacibdir.
Bu halda, yerli sakinlər üçün biletlərin sayını artırmaq mümkün olardı.
Hər şey belt satışının necə gedəcəyindən asılıdır. Misal üçün, ayaq üstə olan yerlərin sayını artıra bilərik. Ancaq tribunaların sayı əvvəlki kimi qalacaq.
Ötən il beltlərin 100%-i satılmışdı?
Xeyr. 30 min biletdən 25 mindən çoxu satılmışdı.
- “Formula -1” yarışlarının keçirilməsindən nə zaman xalis mənfəət əldə etməyi planlaşdırırsınız?
- Bu sual, daha çox Gənclər və İdman Nazirliyinə və digər müvafiq orqanlara ünvanlanmalıdır. Buna bir çox amillər təsir edir. “F-1” seriyasında Dünya çempionatı oyunlarını keçirən digər ölkələrin təcrübəsi göstərir ki, ilk illər biletlər üzrə gəlir əldə etmək mümkün deyil. Bu yarışların keçirilməsi nəinki tədbirdən birbaşa mənfəət, daha çox digər qazanclar əldə etmək məqsədi güdür. Bu, ilk öncə ölkənin reklamı və xaricdə tanınması, Qran-Pridə iri brendlərin təmsil olunmasıdır. Yəni, söhbət ölkədə turizmin inkişafına təkan verən amillərdən gedir.
Bu gün Azərbaycanda turizm bumu yaşanır, bu da bir çox amillərlə əlaqədardır. Hökumətimiz uzun illərdir bu məsələnin üzərində işləyir. Viza əldə olunması prosesi sadələşdirilib. Lakin biz əminik ki, “Formula 1” də ölkəyə turist axınının təşviqinə kifayət qədər ciddi töhfə verib. 2015-ci ilin sentyabr ayında 16 ölkədən olan “Formula 1” fanatları arasında Azərbaycan barədə biliklərinə dair böyük araşdırma apardıq. “Avropa Qra -Pri” yarışlarından sonra bunu təkrarladıq. Araşdırmaların nəticələri təsiredici oldu - Azərbaycan və Bakı barədə məlumatlanma dəfələrlə artmışdı.
- Soçi-Bakı vahid bilet paketinin satış layihəsi necə həyata keçirilir?
- Hələ ki, bizdə belə paket yoxdur, amma hər iki tərəf ümumi məhsulla bazara çıxışın təşkili üzərində işləyir. Sadəcə "Rusiya Qran-prisi" artıq yaxınlaşır. Bu il biz bunu etməyə macal tapmadıq, çünki bu ideyanın hüquqi cəhətdən rəsmiləşdirilməsi üçün vaxt tələb olunur. Ola bilsin ki, bunu gələn il sınaqdan keçirdik, çünki biz Soçi avtodromu ilə çox sıx işləyirik. Yaxşı işgüzar münasibətlərimiz var, "Rusiya Qran-Prisi"nin promouteri Sergey Vorobyov bizim birinci yarış həftəsinin sonunda iştirak edib və bu ilin fevralında Bakıya gəlib. Zənnimcə, gələn il birgə təklif irəli sürə biləcəyik.
- Gələcəkdə ötüb keçmə əməliyyatları üçün yol sahəsinin daha böyük və sürət həddinin daha yüksək olması məqsədilə onun konfiqurasiyasının dəyişdirilməsi mümkündürmü? Yolu Dövlət Bayrağı meydanına qədər uzatmaq mümkün idimi?
- Hazırda bu məsələ gündəlikdə deyil. Və hətta nə qədər istəsək belə, bu, göründüyü kimi asan deyil. Yol şəhər yolu olduğu üçün onda nəyisə dəyişdirmək çətindir. Şəhərətrafı qəsəbədə xüsusi treklərin, avtodromların tikildiyi ölkələr var. Orada onlar öz yollarını istədikləri kimi uyğunlaşdıra bilirlər. Əbu-Dabi və ya Bəhreyn buna misal ola bilər.
Baku City Circuit Azərbaycan hökuməti və "Formula 1" rəhbərliyi tərəfindən təsdiq edilib. O, yarışçılar üçün kifayət qədər maraqlıdır və bir sıra yaxın unikal xüsusiyyətlərə malikdir. Uzunluğu altı kilometr olan yol ötüb keçmə əməliyyatlarına imkan verən düz xəttə, eləcə də bir neçə döngə, yoxuş və enişə malikdir. Keçən il Bakı yolu küçə yarışları arasında ən sürətli yol olub, qeydə alınmış sürət 366 km/saat təşkil edib, qeyri-rəsmi rekord isə 378 km/saat idi. Bu il sürət göstəricilərini daha dəqiq qeyd etmək üçün düz xətt boyunca əlavə kameralar quraşdırılacaq.
Hesab edirəm ki, yaxın vaxtlarda yolun konfiqurasiyası dəyişməyəcək, çünki ona çox resurs xərclənib. Biz BCC-nin bütün ərazisində asfaltı, həmçinin rabitə əlaqələrini dəyişdik. Çəkilmiş asfalt çox keyfiyyətlidir və Avtomobil Federasiyasının bütün standartlarına cavab verir.
- Keçən il bəzi pilotlar təhlükəli döngələrin mövcudluğu ilə əlaqədar Baku City Circuit-in ünvanına iradlarlar bildirmişdi. Yol növbəti yarışa hazırlanarkən onların istəkləri nəzərə alınıbmı?
- Əminəm ki, bu il yarış ötən illə müqayisədə daha maraqlı keçəcək. Məsələ bundadır ki, bir il əvvəl hazırda “Formula 2” adlandırılan GP2 seriyalı yarışlar zamanı bir neçə qəza baş verdi. Bununla əlaqədar olaraq "Formula 1" pilotları yarışlar zamanı özlərini çox ehtiyatlı aparırdılar.
Baku City Circuit – kifayət qədər mürəkkəb yoldur. Burada məsələn, Əziz Əliyev küçəsi və daha sonra qala divarı boyunca, Qoşa qala qapılarının yanından keçən dar döngələr və bolidlərin sürəti son həddədək artırdığı və bundan sonra qəfil sola dönərək enişlə hərəkət etdikləri düz xətt də var.
İrad və şərhlərə gəlincə, biz, əlbəttə, onları nəzərə alır və bəzi məqamlara düzəliş edirik. Məsələn, bu il bolidlər daha geniş oldu ki, biz də bunu diqqətdən kənar qoymadıq. Bunlar texniki detallardır, amma yolun konfiqurasiyası həminki kimi qalır. BCC – pilotlar üçün asan yol deyil. Məsələn, Luis Hamilton Bakıya gələnədək simulyatorlarda məşq edirdi və demişdi ki, marşrut onda təəssürat yaratmayıb. Ancaq səfərdən sonra o, Twitter səhifəsində yazdı ki, Bakı çox gözəl şəhərdir. O, yolla bağlı müsbət rəy verib.
- Bakıda gecə yarışlarının keçirilməsi mümkündürmü?
- Əlbəttə, bu mümkündür. Bizə çoxları bununla bağlı sual verir. Əminəm ki, bu, çox gözəl mənzərə olardı, çünki gecə vaxtı Bakı çox gözəldir. Amma biz indi bu variantı nəzərdən keçirmirik, axı onun reallaşdırılması üçün olduqca böyük həcmdə əlavə investisiya lazım olacaq. Çünki bütün yol boyunca xüsusi işıqlandırma qurğuları quraşdırılmalıdır. Bu, tamamilə başqa həcmli işdir. Hazırda bunun üçün vəsaitimiz yoxdur. Bu məsələyə bir neçə ildən sonra qayıda bilərik.
- Bakıda “Formula 1” yarışlarının 2020-ci ildən sonra da keçirilmə ehtimalı yüksəkdirmi? Müqavilədə «5+5» variantı nəzərdə tutulub.
- Bəli, bu ehtimal böyükdür. Ümid edirik ki, yarışlar ilk 5 ildən sonra növbəti 5 və hətta daha çox il ərzində keçiriləcək.
- Beş il sonra yolun konfiqurasiyasının dəyişdirilməsini və ya şəhər ətrafında ayrıca yolun tikintisini gözləmək olarmı?
- Hər şey yəqin ki, birinci beş ilin necə keçəcəyindən asılı olacaq. Birinci yarışlar çox uğurla keçdi. Biz şəhərimizi, yaxşı təşkilatçılıq səviyyəsini, keyfiyyətli iş nümayiş etdirdik. Əgər hər şey yaxşı gedərsə və biz "Formula 1" yarışlarını daimi keçirən ölkələrdən biri kimi təqvimə daxil ola bilsək, o zaman hökumət daimi avtodromun tikintisi ilə bağlı qərar qəbul edəcək. Hələ ki, bu məsələyə baxılmır. Bu beş ildə biz şəhər yarışları keçirəcəyik. Bakının təbliğinə və ölkəyə turistlərin cəlb edilməsinə yönəlmiş strategiya belədir.
- Siz şəxsən Bakıda şəhər yarışlarının yoxsa xüsusi avtotrekin tikintisinin tərəfdarısınız?
- Mən şəxsən şəhər yarışlarının tərəfdarıyam. Mənə elə gəlir ki, bu, Bakı üçün düzgün formatdır.
- “Formula 1”inyerli fan-klubları ilə əlaqələr qurulubmu?
- Bizim "İdman" kanalında F1 çempionatının şərhçisi Rəhim Əliyevin yaratdığı və başçılıq etdiyi fan-klubumuz var. Biz onlarla çox sıx işləyirik, onlar üçün nəsə etməyə çalışırıq. Düzdür, təəssüf ki, bizim istədiyimiz kimi böyük fan-klubumuz hələ yoxdur. Ancaq insanların "Formula 1" yarışlarına marağının artdığını görürük. Buna görə də mətbuatla çox sıx işləyirik. Bizim vebsaytımızda yalnız Azərbaycan mərhələsi haqqında xəbərlər deyil, həm də bütovlükdə çempionat haqqında xəbərlər daim yenilənir. Biz sosial şəbəkələrdə çox aktivik, Bakı mərhələsinin maraqlı olduğu insanlarla bilavasitə ünsiyyət saxlayırıq. Ümid edirik ki, uzunmüddətli perspektivdə insanların marağının artması Azərbaycanda avtoidmanın inkişafına şərait yaradacaq.
Söhbət etdi Rasim Babayev