Bakı Türkiyədə energetika sahəsində Ər-Riada birgə fəaliyyət həyata keçirməyi təklif edir. Bu barədə energetika naziri Natiq Əliyev bu gün Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz D.Əlfalih ilə görüşü zamanı bəyan edib.
“Ölkələrimiz nəinki neft-qaz, həm də digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanlara malikdir. SOCAR və “Saudi Aramco” arasında əməkdaşlıq məsələlərini SOCAR-ın Səudiyyə Ərəbistanında və “Saudi Aramco”nun ölkəmizdə layihələrdə iştirakı, həmçinin Türkiyədə birgə fəaliyyət imkanlarını müzakirə edəcəyik”, - deyə N.Əliyev jurnalistlərə bildirib.
Nazir həmçinin məlumat verib ki, tərəflər hazırda Azərbaycanda həyata keçirilən BNEZ-in modernləşdirilməsi və yenidənqurulması və yeni neft-qaz emalı kompleksinin tikintisi layihələrini müzakirə edəcəklər. Səudiyyə Ərəbistanı həmin layihələrdə işltirak edə bilərdi. Azərbaycan öz növbəsində Səudiyyə Ərəbistanında layihələrdə iştirak edə bilər.
“Bu məsələlər müzakirə olunub və yenə də olunacaq. Bütövlükdə, iki ölkə arasında 5-10 il müddətinə əməkdaşlığın inkişafına dair sənəd imzalamaq məqsədəuyğun olardı. Həmin sənəddə ikitərəfli əməkdaşlığın bütün istiqamətlərini qeyd etmək mümkündür”, - deyə o vurğulayıb.
X.Əlfalih isə məlumat verib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı həm neft, həm də neft-kimya, dağ-mədən, ASK və digər sahələrdə əməkdaşıq qurula bilər. **
N.Abbasova