26.04.2017 14:42

İlham Əliyev Səudiyyə Ərəbistanı ilə qarşılıqlı ticarətin artırılmasının zəruriliyini qeyd edir

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı ilə qarşılıqlı ticarət və qarşılıqlı ixracın artırılmasının zəruriliyini vurğulayır. Bu barədə dövlət başçısının saytında məlumat verilir.

İ.Əliyev bu gün Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihi qəbul edib.

“Dövlət başçısı ölkəmizin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsində maraqlı olduğunu dedi. Siyasi əlaqələrin çox yüksək səviyyədə olduğunu bildirən İ.Əliyev bu imkandan istifadə edərək iki ölkə arasında iqtisadi sahədə mövcud olan əməkdaşlığın inkişaf etdirilməsinin, qarşılıqlı ticarət və qarşılıqlı ixracın artırılmasının zəruriliyini vurğuladı”, - deyə məlumatda deyilir.

Prezident həmçinin enerji ehtiyatlarının işlənilməsi, neft və qazın emalı, neft-kimya sahəsində əməkdaşlığımızın əhəmiyyətini qeyd edə

Xalid Əbdüləziz Əl Falih ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərin və qədim köklərə malik olduğunu, mədəni əməkdaşlığımızın uzun əsrlərdən bəri davam etdiyini vurğuladı

O, Səudiyyə Ərəbistanının Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini, ötən illər ərzində ölkələrimizin möhkəm əməkdaşlıq əlaqələri qurduğunu və bir-birini hər zaman dəstəklədiklərini qeyd etdi.

Xalid Əbdüləziz Əl Falih Kəbənin üz örtüyünün tərtibatının bir fraqmentini İ.Əliyevə hədiyyə etdi. **

F.İsazadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.