İndoneziya sahibkarlarıAzərbaycandakı iş adamları ilə birgə investisiya layihələri həyata keçirməkdə maraqlıdırlar. Bu barədə İndoneziyanın Bakıdakı səfiri Mohammad Natsir bəyan edib.
Bu barədə səfir M.Natsir Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşü zamanı məlumat verib.
Səfir, sənaye sahəsində uğurlu əməkdaşlıq imkanlarının olduğunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, İndoneziya təyyarə, gəmi, “Toyota”nın müxtəlif hissələrinin istehsalında modern təcrübəyə malikdir.
“Bu ilin mayında Azərbaycana 35 nəfərdən ibarət indoneziyalı iş adamlarının səfəri nəzərdə tutulur. Azərbaycanlı sahibkarları da İndoneziyaya dəvət edirik”, - deyə M.Natsirqeyd edib.
Öz növbəsində, M.Musayevbildirib ki, İndoneziya ilə ticarət əlaqələrini genişləndirmək hər iki ölkə üçün faydalı olacaq.
“İndoneziyada boksit olduğunu nəzərə alsaq Azərbaycandakı alüminium zavodu ilə birgə əməkdaşlığı qura bilərik”, - deyə M.Musayev vurğulayıb. **
F.İsazadə