Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Quba və Tovuz şəhərlərinin baş planlarının hazırlanmasını həyata keçirəcək şirkətləri müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə komitədən məlumat verilib.
Tovuz şəhərinin baş planının hazırlanması ilə "Integris" MMC məşğul olacaq. Şirkətlə 129,342 min manat dəyərində müqavilə bağlanıb.
Quba şəhərinin baş planı "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanacaq. Layihə İnstitutu ilə 150,3 min manat dəyərində müqavilə bağlanıb.*
A.Əzizov