Son 4 ayda Azərbaycanın qeyri-neft ixracı 22% artıb. Bunu prezident İlham Əliyev mayın 17-də Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Lindenlə görüşdə deyib.
“Son 4 ayda ölkəmizin qeyri-neft ixracı 22% artıb”, - deyə dövlət başçısı qeyd edib.
İ.Əliyev Azərbaycan-Niderland əlaqələrinin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu bildirib.
Söhbət zamanı təhsil, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.*
R.Babayev